Əməkdar artist Bəhram Bağırzadənin “İnstagram”da paylaşdığı foto müzakirələrə səbəb olub. Aktyor deputat tribunası qarşısındakı fotosunu paylaşaraq və “Mən sizə söz verirəm ki…” şərhini yazıb. Bu fotonu aktyorun millət vəkillərinə söz atması kimi də dəyərləndirənlər olub.
Məsələ barədə Teleqraf.com-a danışan əməkdar artist fotonun millət vəkillərinə və seçkilərə heç bir aidiyyatının olmadığını qeyd etdi: “Heç bir millət vəkili ilə işim yoxdur və şəkil Qəbələdə film çəkilişləri zamanı çəkilib. İcazəsiz istifadə edilib və fotonun seçkilərə aiddiyatı yoxdur. Gələcəkdə isə millət vəkili olmaq fikrim yoxdur. Parlamentə savadlı adamlar lazımdır. Mənim əfsular olsun ki, o sahədə savadım yoxdur. İşimlə məşğulam və şükür Allaha öz sahəmdə də titullarım var. Yaxın günlərdə əməkdar artist fəxri adı ilə təltif edildim. Aktyor kimi işlərimi yaxşı görmək istəyirəm ki, gələcəkdə daha da yüksək zirvələri fəth edim. Çox istərdim ki, parlamentdə layiqli insanlar olsun”.
Rəqsanə