Tanınmış şair Salam Sarvan Azərbaycan Yazıçılar Birliyindən çıxıb.
Teleqraf.com xəbər verir ki, şair "facebook"dakı profilində bu barədə məlumat yayıb.
“Yazıçılar Birliyindən çıxdım. Yəni indi elan edirəm. Bu, kimlərəsə qarşı addım deyil, kimlərəsə qarşı acıq deyil, kimlərdənsə inciklik də deyil. Sadəcə, düşünürəm ki, yaş artdıqca əlavə yüklərdən boşalmaq, yüngülləşmək lazımdır. Ümumən, bütün məsələlərdə belə bir düstura inanıram: hələ ki gec deyil!”