Yazıçılar Birliyinin sədr müşaviri Rauf Aslanov şair Salam Sarvanın qurumdan istefasına münasibət bildirib.
Onun Teleqraf.com-a açıqlamasına görə, Salam Sarvanın üzvlükdən çıxması ilə bağlı quruma müraciət daxil olmayıb: “Salam Yazıçılar Birliyindən çıxması ilə bağlı nə yazılı, nə də şifahi müraciət edib. Mən onun qurumu tərk etməsinə inanmıram. Ona görə ki, bizim münasibətlərimiz çox yaxşıdır. Zəng edib belə bir şeyin olub-olmadığını soruşmağa belə utanıram. Belə olmaz axı. Münasibətimiz çox gözəldir və dediyim kimi, onun getməyinə inanmıram”.
Rəqsanə