21 Oktyabr 2015 17:22
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 20-də Nizami Kino Mərkəzində C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının ən uğurlu uşaq filmlərindən sayılan “Sehrli xalat”ın ekranlara çıxmasının 50 illiyinə həsr olunmuş “50 ilin sehri” sənədli filminin təqdimatı olub.

Teleqraf.com xəbər verir ki, təqdimat mərasimində mədəniyyət və turizm nazirliyinin əməkdaşları, sənət adamları və digər qonaqlar iştirak edib.

Filmdən öncə xalq artisti Nuriyyə Əhmədovanın xatirəsi yad edilib, onunla vaxtilə baş tutan görüşündən kadrlar nümayiş olunub.

Şimal-qərb bölgəsini əhatə edən “Kanal–S” Televiziya Şirkətinin dəstəyi ilə çəkilən “50 ilin sehri”ndə aktyorların xatirələri və filmdən fraqmentlər təqdim olunur. Filmin ideya müəllifi Tural Məmmədov, rejissoru Mayis Zeynalovdur.

Nümayişdən sonra çıxış edənlər “Sehrli xalat” filminin rejissoru Əlisəttar Atakişiyevi, ekran əsərində çəkilmiş Əliağa Ağayev, Möhsün Sənani, Ağahüseyn Cavadov, Anatoli Falkoviç və Hüseynağa Sadıxov kimi sənətkarlarları yad ediblər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər