22 Oktyabr 2015 16:36
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ayağı sındığı üçün yataqdan qalxa bilməyən qocaman yazıçı Vidadi Babanlının dərdinin üstünə dərd gəlib. O, həyat yoldaşını da itirib.

Kədərini Publika.az-la bölüşən yazıçı göz yaşına hakim ola bilməyib: “Özümü bəlaya saldım, ayağımı sındırdım. İki ayağım gibsdədir, tərpənə bilmirəm. Hələ həkimlər sağalma müddətimi bir ay da artırıblar. Deyirlər ki, bir ay da dözməlisən. Yaşlı adamlarda sınıq çətin birləşir, buna görə də əziyyət çəkirəm. Məni incidən budur ki, 60 ildən artıq bir yerdə yaşadığım ömür-gün yoldaşımın yas mərasiminə qatıla bilmədim, onun cənazəsini daşıya bilmədim. Elə yataqda göz yaşı tökdüm. Heç bilmirəm bu gündən sonra vəziyyətim necə olacaq. Həyat yoldaşımı itirməklə arxa-dayağımı da itirdim ”.

Cəvahir Səlimqızı


Müəllif:

Oxşar xəbərlər