24 Oktyabr 2015 22:11
1 034
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Suğra Bağırzadə yaradıcılığındakı son yeniliklərhaqqında danışıb.

Əməkdar artist Teleqraf.com-a bildirib ki, hazırda “Həyat nə qəribəsən” serialına çəkilir: “Həyat nə qəribəsən” serialında Ülviyyə obrazını canlandırıram. Amma obrazın mənim xasiyyətimə oxşarlığı yoxdur. Həmişə çox gərgin, qaşqabaqlı, hikkəli olur. Eləcə də sözünü yeridən bir xanımdır. Sonra məlum olacaq ki, elə olmağa həyat onu məcbur edir. Mənim üçün o obrazı canlandırmaq çox maraqlıdır. Bilmirəm tamaşaçıların nə dərəcədə xoşuna gəlir? Yayda isə Kənan Musayevin “Zaman adlı qatar” filminə çəkilmişəm. Film hələ ki, tamaşaçılara təqdim edilməyib, səsləndirilməsi gedir”.


Rəqsanə


Müəllif:

Oxşar xəbərlər