26 Oktyabr 2015 15:32
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrda Azərbaycan professional teatrının banilərindən biri, görkəmli aktyor, teatr xadimi və pedaqoq Cahangir Zeynalovun 150 illik yubiley tədbiri keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, artıq bununla bağlı nazirlikdə tədbirlər planı hazırlanıb. Tədbirlər planında Cahangir Zeynalovun Akademik Milli Dram Teatrında yubiley tədbirinin keçirilməsi də nəzərdə tutulub. Yubiley mərasimi çərçivəsində “Cahangirdən Cahangirə” adlı bədii layihə üzərində iş aparılıb.

Layihədə yubilyarın nəvəsi, əməkdar incəsənət xadimi Cahangir Novruzovun rejissorluğu ilə A.P.Çexovun “Qu quşunun nəğməsi” əsəri əsasında tamaşa hazırlanıb.

Səhnə əsərinin baş rolunda Cahangir Novruzov özü çıxış edəcək.

Nərmin


Müəllif: