3 İyun 2014 11:38
1 982
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “İlin kinoprodüseri” mükafatına layiq görülüb.

Bu barədə Teleqraf.com-a açıqlamasında Müşfiq Hətəmov deyib.

Onun sözlərinə görə, “Bakılı” Beynəlxalq Mədəniyyət Cəmiyyətinin və “Humay” Milli Mükafatı Akademiyasının təşkilatçılığı ilə təqdim olunan “Humay” mükafatı bu ildən yeni nominasiya təsis edib- “İlin kinoprodüseri”. Və bu mükafata kinostudiyanın direktoru layiq görülüb:

“Düzünü desəm, bu mükafat mənim üçün gözlənilməz oldu. Təşkilatçıların qərarı ilə belə bir mükafat təsis olunub. Məni sevindirdi. Ən əsası isə Oktay müəllimin mənim barəmdə dediyi sözlər çox dəyərli idi. Elə sözlər dedi ki, onları deməyə utanıram. Mənim prodüser kimi fəaliyyətim illər əvvəl başlayıb. O vaxtlar filmləri prokata çıxarırdım”.

Məlumat üçün bildirək ki, 1993-cü ildə təsis edilmiş “Humay” milli mükafatı il ərzində ölkənin ictimai, siyasi və mədəni həyatında fəal iştirak edən şəxslərə təqdim olunur. Humay Akademiyası üzvləri tərəfindən müəyyən olunan mükafat teatr, kino, musiqi, ədəbiyyat, televiziya, kitab, təsviri sənət, idman və digər nominasiyalar üzrə təqdim olunur.

Nərmin


Müəllif: