Oktyabrın 30-da Rus Dram Teatrının səhnəsində rejissor İlqar Safatın Ceyn Ostinin romanı əsasında səhnələşdirdiyi “Qürur və qərəz” tamaşası növbəti dəfə oynanılacaq.
Teatrdan Teleqraf.com-a verilən məlumata görə, səhnə əsəri teatrın ən çox bilet satılan tamaşasıdır.
Tamaşanın rəhbəri Azərbaycanın xalq artisti Aleksandr Şarovskidir. Tamaşada Azərbaycanın əməkdar artistləri Natalya Balıyeva, həmçinin teatrın artistləri Oleq Əmirbəyov, İnna İmranova, Olqa Arsenteva, Mariya Duboviskaya və başqaları iştirak edirlər.
Bu günə qədər “ingilis ədəbiyyatının birinci xanımı” kimi tanınan Ceyn Ostinin “Qürur və qərəz” romanı yetərincə maraqlı və son dərəcə həyati əsərdir. Ağlı, qüruru, bitkin xarakteriylə hamıda rəğbət oyadan qəhrəman Miss Bennet isə gənc qızlara ən yaxşı nümunə ola bilər.
Bu əsər əsasında dünya kinematoqrafçıları onlarla film çəkiblər. Əsər həm də dünya teatrlarının əksərinin repertuarına daxildir.
Nərmin