29 Oktyabr 2015 16:07
949
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Filmin nümayişi zaman artıq o filmin necə olduğu zaldan oturanların üzündən bəlli idi. Film bitəndən sonra isə hər kəs Münəvvər Əliyeva ilə məni təbrik edirdi. Ancaq mən o pyesin teatr variantını oynamışam deyə nə desəm, yanlış yerə yozulacaq”.

Bu sözləri aktyor Hikmət Rəhimov “Qatil” bədii filmi haqqında danışarkən deyib. Aktyor Mehriban Ələkbərzadənin quruluş verdiyi “Qatil” tamaşasında Oğlan rolunu oynayır. Onun tərəf müqabili isə tanınmış aktrisa Münəvvər Əliyevadır.

Elçinin eyniadlı pyesi əsasında ekranlaşdırılan film C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən filmin rejissoru Kamran Şahmərdandır.

Psixoloji dram janrında çəkilən yeni ekran əsərinin ssenari müəllifi Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüseri Azər Quliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırırlar.

Sevinc


Müəllif:

Oxşar xəbərlər