31 Oktyabr 2015 17:03
932
12 Punto 14 Punto 16 Punto 18 Punto

YUĞ Dövlət Teatrında “Şok” tamaşasına ictimai baxış keçirilib.

Türkiyəli dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Günay Səttardır. Musiqi üzrə dizayn Amid Qasımov və Mələk Vəlizadəyə, səhnə dizaynı isə Əməkdar incəsənət xadimi Rəşid Şerifə məxsusdur. Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli uyğunlaşdırıb.

Janrı eqosentrik transaksiya kimi təyin olunan tamaşada Oktay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova iştirak edir.

26 illik fəaliyyəti ərzində YUĞ Teatrı ilk dəfədir ki, türk yazarı Turqay Narın yaradıcılığına müraciət edir. Tamaşa sayca teatrın 94-cü tamaşasıdır. Tamaşanın xronometrajı 75 dəqiqədir.

“Şok” tamaşası müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, nəfəs dərmək, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur.

Nərmin


Müəllif:

Oxşar xəbərlər