Müğənni Elnarə Xəlilova ailəsi haqqında maraqlı etiraflar edib.
Müğənni Teleqraf.com-a ailəsinin ona hər zaman dəstək olduğunu deyib: “Ailə üzvlərim bütün işlərimdə yanımda olurlar. Allah onları mənə çox görməsin. Övladlarıma sənətimə görə yetərincə vaxt ayıra bilmirəm. Hərdən mənə elə gəlir ki, çox pis anayam. Amma kənardan belə görsənmir. Uşaqları məktəbə, bağçaya mən aparıram. Amma onlara yetərincə vaxt ayıra bilmirəm. Çünki çox vaxt anamın yanına qoyuram. Anam da onların dərslərinə nəzarət edir, yeməklərini verir. Biz evə gələnə qədərə artıq yemək hazır olur. Bu, artıq böyük kömək, dəstəkdir. Hindistana gedəndə uşaqlarıma anam və qaynamam baxdı. Sağ olsunlar, beş gün uşaqları anamla mənsiz idarə etdilər. Mən olmayanda aləm bir-birinə dəyir. Çünki eyni vaxtda 10 adamın işini görən adamam”.
Müğənni həyat yoldaşının qadağalarından da danışıb: “Yoldaşım sənətlə bağlı heç bir qadağa qoymur. Biz bir-birimizi baxışlardan belə başa düşürük. Nəyin onun xoşuna gəlib gəlmədiyini bilirəm. Və xoşuna gəlməyən hərəkətləri etmirəm ki, qadağa qoymasın. Deyir ki, bir şeyi etmə ki, sonra üzr istəyəsən. Şükür, Allah o şüuru bizə verib. Əslində mənə hansısa qadağa qoyduğu yadıma düşmür. Çünki dediyim kimi, nə etmək olar və yaxud olmaz, bilirəm. Onu da deyim ki, gələn il evliliyimizin 10 illiyini keçirəcəyik. Artıq yoldaşıma demişəm ki, hazırlaş “smoking” geyinəcəksən. Özüm isə gəlinlik geyinəcəm. Əvvəlcədən şok anonslar verdim... Hər işdə, sənətimlə, ailəmlə öndə, diqqət mərkəzində olmaq xoşuma gəlir. Çox istəyirəm ki, ailəmlə də bir çoxlarına nümunə olum”.
Rəqsanə