Dövlətlərarası Media və Diplomatiya Mərkəzinin rəhbəri, Pakistan Azərbaycan Media Forumunun sədri Ülkər Musazadənin şeirləri Rusiyada dərc olunan almanaxda yer alıb.
Bu günlərdə Rusiya Poeziya Akademiyasının maliyyə dəstəyi ilə bütün MDB dövlətlərini təmsil edən şairlərin şeirlər toplusu, dərc olunub. Toplu “Poeziya Akademiyası 2015” adlanır. Almanaxda Azərbaycan poeziyasını Ülkər Musazadə təmsil edib. Həmin almanaxda Ülkər Musazadənin bir neçə şeirləri yer almaqla yanaşı, onun haqqında gözəl sözlər yazılıb.
“Poeziya Akademiyası 2015” almanaxının təqdimetmə mərasimi 13 noyabr tarixində Moskvada keçiriləcək. Həmin mərasimə fəxri qonaq qismində Ülkər Musazadə də dəvət olunub.