2 Noyabr 2015 21:09
671
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Alim Qasımov qızı Fərqanə Qasımova ilə birgə İsveçrənin Cenevrə şəhərində konsert proqramı ilə çıxış edəcək.

Bu barədə musavat.com-a məlumatı xanəndənin mətbuat katibi Səadət Möhübova verib. Məlumata görə, Asiya musiqisi və rəqs festivalı nəzdində keçirləcək konsert noyabrın 5-də Aga Khan Trust for Culture şirkətinin təşəbbüsü ilə baş tutacaq.

Əməkdar artist Fərqanə Qasımova ilə birgə səhnəyə çıxacaq Alim Qasımovu tarda Zəki Vəliyev, kamançada Rauf İslamov, balabanda Rafael Ələsgərov müşayiət edəcək. Konsert proqramında Azərbaycan muğamları, xalq və bəstəkar mahnıları və təsnifləri səslənəcək.

Bu günlərdə xalq artisti qızı ilə birgə Norveç qastrol səfərindən dönüb.


Müəllif: