3 Noyabr 2015 17:05
528

Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Mənsum İbrahimovun 55 illik yubileyi Opera və Balet Teatrında qeyd olunacaq.

Teleqraf.com xəbər verir ki, noyabrın 22-də Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası məhz xanəndənin yubileyi münasibəti ilə təqdim olunacaq.

Mənsun İbrahimov artıq 22 ildir ki, teatrın səhnəsində Məcnunu canlandırır. Bu illər ərzində Azərbaycan muğam sənətinin bir çox istedadlı qadın ifaçıları – xalq artistləri Səkinə İsmayılova, Qəndab Quliyeva, Gülyaz və Gülyanaq Məmmədovalar, Nəzakət Teymurova, Aygün Bayramova, Simarə İmanova onun tərəf müqabilləri olub.

Yubiley tamaşasında Mənsum İbrahimovun tərəf müqabili Nəzakət xanım Teymurova olacaq.

Nərmin


Müəllif: