4 Noyabr 2015 08:51
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyanın BBC teleşirkəti Lev Tolstoyun romanı üzrə 6 seriyalı "Hərb və sülh" layihəsinin ilk treylerini paylaşıb.

Teleqraf.com xəbər verir ki, filmdə Nataşa Rostova rolunu Lili Ceyms ifa edir. Mini-serial Britaniyada 2015-ci ilin sonunda ekranlara çıxacaq. Rejissor Tom Harperin layihəsində Lili Ceyms, Ceyms Norton, Pol Dano və Cillian Anderson çəkilib.

Seriala ssenarini klassik ədəbiyyat əsərlərinin kinoadaptasiyaları sahəsində böyük təcrübəsi olan Endryu Devis yazıb. Çəkilişlərin bir hissəsi Sankt-Peterburqda keçib, buna görə də, videoda Saray meydanını, Çar kəndini və Yekaterina sarayını görmək olar. Bir dəqiqəlik treyler süjet üçün ən əhəmiyyətli epizodları - bal, müharibə səhnələri, Pyer Bezuxovun Elen Kuraqina ilə tanışlığı və s. göstərir. Teleqraf.com videonu təqdim edir:

Rüstəm


Müəllif: