4 Noyabr 2015 15:48
1 321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com müğənnilər arasında sorğu keçirib: “Fala inanırsınızmı? Heç falçıya getmisinizmi?”

Oksana Rəsulova: “Falçıya getmirəm. Ümumiyyətlə, falçıya inanmıram. Düzdür, bəzən dedikləri hansısa söz düz çıxır. Bu da qara magiya ilə bağlıdır. Falçıya getmək istəsəm belə qorxuram. Amma cadu var, bəzi hallarda caduya inanıram. Çünki “Qurani-Kərim”də cadunun olması haqqında məlumat verilir. Hazırda o qədər şarlatanlar yayılıb ki, bilmirsən kim kimdir? Amma “Qurani Kərim”də cadu çıxarmaq və s. haqqında məlumat var və ona inanmaq olar. Amma fal yalandır. Həyatını əvvəlcədən bilmək, Allahın qanunlarına ziddir. Hər kəs bunu başa düşsə, heç kim falçıya getməz”.

Fatimə Fətəliyeva: “ Heç vaxt falçıya getmirəm və inanmıram”.

Xuraman Şuşalı: “İnsanın başına nə gələcəyini Allahdan başqa heç kim bilə bilməz. Falçıya inanmaq şeytani hissdir. Allahı qoyub hansısa bir insana pənah aparırlar. Hər şey Allahın əlindədir. Allahın izni olmadan bir yarpaq belə yerə düşə bilməz. İnsanlar var ki, falçıya çox inanırlar. Falçı isə şeytan vasitəsilə onlara həyatında baş verənləri deyir. Yaxın günlərdə bir falçı ilə verilişlərin birində mübahisə etdik. Dedi ki, sənə elə edərəm ki, qapıma dizin-dizin gələrsən. Mən namaz qılıram və ona görə heç bir cadu təsir etməz. Onu da deyim ki, kiməsə cadu ediləndə deyirlər ki, araq iç, təsiri olmayacaq. Əslində, murdar şeylər cadunu daha da qüvvətləndirir. İnsan falçıya getsə də günahının bağışlanması üçün tövbə etməlidir və günahını təkrar etməməlidir. Çünki Allah hər şeyi bağışlayır”.

Vüsalə Kərimova: “Belə bir misal var: “Fala inanma, faldan da qalma”. Bütün gənc xanımlar kimi mən də sıxıntılı anlarımda fala baxdırmışam. Deyirlər fala baxdırmaq insanın psixoloji vəziyyəti ilə bağlıdır. İnsanın elə bir anı olur ki, falçının sözlərinə inanırsan. Düşünürsən ki, bəlkə də sözü düz ola bilər. Bəzən insana falda deyilən hər hansı bir söz onun depressiyadan çıxmasına köməyi olur. Belə hallar məndə də olub. Yalandan deyim ki, fala baxdırmamışam, falçıya getməmişəm. Falçıya baxdırmışamsa, deməliyəm baxdırmışam. Amma təbii ki, hər bir şey Allahın əlindədir. Allahın yazdığına pozu yoxdur”.

Nüşabə Ələsgərli: “Fala inamaq insanın canında olur. Ağıllı və Allaha inanan insan Allaha pənah gətirməlidir, falçıya inanmalıdır. Açığı falçıya maraq məndə də olub. Gizlətməyə ehtiyac yoxdur. Falçı yanına getməmişəm, amma qızlar arasında fal açıblar. Hobbi kimi qızlara fala baxdırmışam. Amma falçının yanına gedim, cadu etdirim, ruzi üçün dua yazdırım və s. kimi hallar olmayıb”.

Rəqsanə


Müəllif: