7 Noyabr 2015 08:18
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Teleqraf.com-a bildiriblər ki, Almaniyada keçirilən 25-ci “Cottbus” beynəlxalq film festivalının “Focus” proqramı çərçivəsində reallaşan təqdimatda filmin yaradıcı heyəti də iştirak edib.

Xaricdə ali kino təhsili almış beş gənc iddialı rejissorun lentə aldığı kinoalmanaxda Bakının beş fərqli təsviri əks olunub.

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə rejissor Anar Abbasovun “Qonşu qadın”, Rüfət Həsənovun “Kədərim”, Timur İsmailovun “Yuxarıda və aşağıda”, Cəfər Axundzadənin “Dmitrov küçəsi 86” və Vüqar İslamzadənin “Zabit şərəfi” filmləri daxildir.

Kinoalmanaxın quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov və İradə Bağırzadədir.

Rəqsanə


Müəllif: