10 Noyabr 2015 22:29
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Afaq Bəşirqızının 60 illik yubileyi qeyd edilir.

Publika.az xəbər verir ki, bu münasibətlə Dövlət Musiqili Teatrında da tədbir keçirilib. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə keçirilən tədbirə aktrisanın sənət dostları, ölkənin tanınmış ziyalıları, bir sıra teatrların nümayəndələri də qatılıblar.

Afaq Bəşirqızı özü isə 60 illik yubileyini səhnədə qeyd edib. Belə ki, yubiley tədbiri çərçivəsində onun iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunub.

Teatrın foyesində Afaq Bəşirqızının və böyük gülüş ustası Bəşir Səfəroğlunun həyat və yaradıcılığını özündə əks etdirən foto-sərgi təşkil olunub. Tamaşadan öncə nazir Əbülfəs Qarayev və digər qonaqlar sərgi ilə tanış olublar.

Tədbirdən sonar yubilyar Publika.az-la təəssüratlarını bölüşüb: “Sənətimi dəyərləndirən, bu xüsusi gündə məni tək qoymayan, tədbirdə iştirak edən, başda hörmətli nazirimiz Əbülfəs müəllim olmaqla hər kəsə minnətdarlığımı bildirirəm. Bundan sonra da teatrımızın, ümumilikdə Azərbaycan mədəniyyətinin inkişafı üçün var gücümlə xidmət edəcəyəm”.

Cəvahir


Müəllif: