12 Noyabr 2015 08:35
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Merlin Monronun amerikalı rəssam Endi Uorhol tərəfindən çəkilmiş portreti noyabrın 10-da Nyu-Yorkun “Christie's” hərracında satışa çıxarılıb. Amerika pop-art istiqamətinin banisinin “Dörd Merlin” rəsm əsəri hərracda 36 milyon dollara öz alıcısını tapıb.

“Christie's” satış evi pop-art, minimalizm, abstrakt ekspressionizm və konseptualizm kimi istiqamətlər üzrə XX əsrin görkəmli sənət əsərlərinə həsr olunmuş satış həftəsini davam etdirir.

Həmçinin hərracda Luiz Burjuanın monumental “Hörümçək” 28,2 milyon dollara, Lüsyen Freydin “Briqadir” (Endryu Parker-Boulzun portreti) əsəri 34,8 milyon dollara və Co Bredlinin “Üç kişi” əsəri müəllif üçün rekord qiymətə - 3 milyon dollara satılıb.

Noyabrın 10-da axşam saatlarında təşkil olunmuş “Müharibədən sonrakı və müasir sənət” hərracında alıcılara 70 lot təqdim olunub ki, onlar da ümumilikdə satış evinə 332 milyon dollar gəlir gətirib.


Müəllif: