13 Noyabr 2015 11:05
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Ələsgər Məmmədoğlu xəstəxanaya yerləşdirilib.

Akademik Milli Dram Teatrının mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, dünən günorta saatlarında aktyorun səhhəti pisləşib və o, xəstəxanaya yerləşdirilib: “Ələsgər Məmmədoğlu təzyiqdən əziyyət çəkir. Dünən Binəqədidə xəstəxanaya yerləşdirilib. Həkim nəzarətindən sonra aktyorun vəziyyəti stabilləşib. Bu gün axşam saatlarında xəstəxanadan evə buraxılacaq”.

Rəqsanə


Müəllif: