21 Noyabr 2015 13:00
753
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təzyiqimi yoxlamaq üçün həkim hər gün evimizə gəlir”.

Bu sözləri Teleqraf.com-a əməkdar artist Ələsgər Məmmədoğlu deyib:
“Mənim heç vaxt yüksək təzyiqim olmamışdı. İlk dəfə idi ki, təsadüfən təzyiqim yüksəldi və xəstəxanaya yerləşdirildim. Çox şükür ki, xəstəxanadan buraxıldıqdan sonra təzyiqim yüksəlməyib və normaldır. Hazırda həkim nəzarətindəyəm və dərmanlar qəbul edirəm”.

Ə.Məmmədoğlu bir müddət əvvəl yüksək təzyiq ilə Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasına yerləşdirilmişdi.

Rəqsanə


Müəllif: