21 Noyabr 2015 23:19
632

Azərbaycan Dövlət Teatr Muzeyində xalq artisti Yaşar Nurinin anım günü keçirilib.

Bu haqda Teleqraf.com-a sənətkarın həyat yoldaşı Rəhilə Nuriyeva bildirib: “Yaşarın şəxsi əşyalarını saxlamışdım və bilirdim ki, arxivi nə vaxtsa, lazım olacaq. Teatr Muzeyinə qəzet materialları, video-çarxlar, televiziyalarda iştirak etdiyi kadrlar, şəkillər, jurnallar, müxtəlif təşkilatların verdiyi hədiyyələr, kitablar və s. təqdim etdik. İnsanların gələcəkdə Yaşarı xatırlaması üçün bu addımı atdıq. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevlə danışdıq və qərara gəldik ki, teatr muzeyində Yaşara aid guşə olsun. Və ötən gün muzeydə Yaşara aid guşənin açılışı oldu,ə sənət adamları, Hacı İsmayılov, Ramiz Həsənoğlu, Afaq Bəşirqızı, İlham Namiq Kamal, Rəfael Dadaşov və b. iştirak etdilər”.

Rəqsanə


Müəllif: