4 İyun 2014 16:45
2 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Möhtəşəm vida”

Ötən gün “Möhtəşəm yüz il”in yaradıcı heyəti üçün vida mərasimi təşkil olunub.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Möhtəşəm yüz il”in yaradıcı heyəti ötən gün təqdim olunan Qızıl Obyektiv Mükafatlarının Qala gecəsində iştirak edib. Serialın yaradıcı heyəti mərasimin keçirildiyi oteldə bir otaq kirayələyib vida gecəsi təşkil ediblər. Daha sonra heyət mükafatların təqdim olunduğu salona enərək mükafatlarını alıblar.


Mərasimin ən yadda qalan məqamı serialda Şahzadə Mustafa obrazını yaradan Mehmet Günsürlə bağlı olub. Günsür serialın heyəti ilə fotoqraf çəkdirdiyi zaman jurnalistlərə yönəlik etdiyi əl hərəkəti ilə böyük təəccübə səbəb olub. Hərəkətindən peşman olan Günsür “İçkiliydim, gecəyə kölgə salmayın, o fotoları silin, lütfən”, deyib.


Pərvin


Müəllif: