27 Noyabr 2015 23:52
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

“MilliNet-2015” Milli İnternet Mükafatının qalibləri dekabrın ikinci yarısında elan ediləcək.


Bu il müsabiqəyə 14 nominasiya üzrə 374 sayt təqdim edilib, bu isə ötən illə müqayisədə 14 faizədək çoxdur.

“MilliNet” Təşkilat Komitəsi bildirib ki, müsabiqə qaydalarına uyğun olaraq səsvermə 2 mərhələdə həyata keçirilir. Hazırda, 1-ci mərhələ üzrə səsvermə davam edir. Bu mərhələdə səsvermənin nəticələrinə əsasən, bütün nominasiyalar üzrə ikinci mərhələyə keçəcək nominantlar müəyyən olunacaq.

İkinci səsvermə mərhələsi dekabrın 2-də başlayacaq və dekabrın 11-də saat 00:00-da yekunlaşacaq.

Münsiflərin Milli İnternet Mükafatının finalçılarına verdikləri qiymətlər yalnız dekabrın 2-ci dekadasında keçiriləcək təqdimat mərasimində açıqlanacaq.

Bu arada Mükafatın Təşkilat Komitəsi bildirib ki, bu müddət ərzində saytlarını təqdim edənlər və müxtəlif problemlər səbəbindən müsabiqəyə buraxılmayanlar 1-ci səsvermə müddəti bitənədək yenidən müraciət hüququnu özlərində saxlayırlar. Belə ki, bu kimi problemlə qarşılaşan saytlar üçün son qəbul tarixi noyabrın 30-na qədərdir.

Müsabiqə “Azercell Telekom” şirkətinin sponsorluğu, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, “Delta Telecom” və “Best Comp” şirkətlərinin dəstəyi ilə keçirilir.


Müəllif: