4 İyun 2014 21:20
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ankarada Qırğızıstan prezidenti Almazbek Atambayevin iştirakı ilə tanınmış qırğız yazıçısı Çingiz Aytmatova heykəl qoyulub.

Heykəl Türkiyə paytaxtında yazıçının şərəfinə adlandırılmış prospektdə anadan olmasının 85 illiyi münasibəti ilə qoyulub. Heykəlin müəllifi qırğız heykəltəraş Çingiz Şakeyevdir.

YUNESKO-nun məlumatına görə, Çingiz Aytmatov dünyada ən çox oxunan yazıçılardandır. Onun əsərləri dünyanın 176 dilinə çevrilib və 128 ölkədə çap olunub, tirajı 100 milyonu keçir.

Qeyd edək ki, Aytmatov 13 dekabr 1928-ci ildə anadan olub və 2008-ci ildə dünyasını dəyişib./anspress/


Müəllif: