30 Noyabr 2015 02:15
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış rejissor Eldar Ryazanov Moskvada dünyasını dəyişib. Musavat.com “Rossiya 24”ə istinadən xəbər verir ki, rejissor noyabrın 21-də klinikaya yerləşdirilmişdi. Sonradan Eldar Ryazanovun vəziyyəti kəskin pisləşib.

Qeyd edək ki, Eldar Ryazanov sovet illərində və sonralar müasir Rusiyada bir çox məşhur filmləri çəkib. Bu filmlər arasında “İtalyanların Rusiyada qeyri-adi sərgüzəştləri”, “İşdə məhəbbət macərası”, “İki nəfər üçün vağzal”, “Avtomobildən qorun”, “Karnaval gecəsi”, “Qusar balladası”, “Qəribə təsadüf və ya həmişə təmizlikdə” və başqaları var.


Müəllif: