3 Dekabr 2015 01:55
1 607
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "Oğlan evi: Azərbaycansayağı qarət" filminin qala gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, filmdə baş rolları Fərda Amin, İslam Mehrəliyev və Elcan Rəsulov canlandırıb. Filmin ssenari müəllifi və rejissoru İlham Qasımovdur. Baş rolun ifaçılarından biri Fərda Amin saytımıza açıqlamasında "Oğlan evi" filminin tamaşaçılar tərəfindən seviləcəyini və qəbul ediləcəyini bildirib: "Maraqlı filmdir. "Xoxan" filmi kimi "Oğlan evi" də Rusiya və Türkiyədə çəkilən filmlər səviyyəsindədir. İki filmə çəkilmişəm və hər ikisi çox keyfiyyətli alınıb. Digər dostlarımız da filmlər çəkirlər. Əsas odur ki, tamaşaçılarımızı qaçırmayaq. "Xoxan" və "My name is İntiqam" filmləri ilin ən uğurlu film nominasiyasına layiq görüldülər. Gələn il də inşallah, "Oğlan evi" ilin filmi seçilər".

"Oğlan evi" bu gündən etibarən kinoteatrlarda nümayiş olacaq.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər