5 İyun 2014 12:05
2 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Möhtəşəm yüz il” serialının 138-ci seriyasında Şahzadə Beyazidin oğulları ilə birlikdə boğdurularaq öldürülməsi hamını şok etdi.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekranda canlandırılan həmin səhnələr tamaşaçıları çox duyğulandırıb.


Məlumat üçün bildirək ki, Sultan Süleyman ona qarşı üsyan edən oğlu Beyazid üçün ölüm fətvası çıxarır. Və qardaşı ilə mübarizədə Şahzadə Səlimə dəstək olur. İki şahzadənin ordusu Konya Ovasında qarşı-qarşıya gəlir, mübarizədə məğlub olan Bəyazid İrana sığınır. Daha sonra Şahzadə Səlim tərəfindən yaxalanan Bəyazid və oğulları boğdurularaq öldürülür. Bəyazid rolunu canlandıran aktyor Aras Bulut İynemlinin həmin səhnələrdəki oyunu rəğbətlə qarşılanıb, sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Pərvin


Müəllif: