5 Dekabr 2015 20:57
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Yaxın illərdə Azərbaycanda iri kino festivalı keçiriləcək".

Bunu Teleqraf.com-a açıqlamasında "Azərbaycanfilm" kinostudiyasının direktoru Müşfiq Hətəmov deyib.

Onun sözlərinə görə, artıq bunun üçün bizdə münbit şərait var: "Festival keçirmək üçün hansısa dünya mütəxəssisinə müraciət edəndə onlar filmlərimizlə maraqlanırlar. Biz böyük festival keçirmək niyyətindəyik. Bu, təxminən 2017-2018-ci illərdə nəzərdə tutulub. Bunu qarşılaya biləcək peşəkarlar da varımızdır".

Filmlərimizin nümayişinin ancaq paytaxtla kifayətlənməsinə də münasibət bildirən direktor bununla bağlı layihələrin həyata keçiriləcəyini deyib: "Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova ilə bununla bağlı müzakirəmiz olub. Bizim kino günləri ilə bağlı layihələri regionlarda da həyata keçirmək niyyətindəyik. 37 rayonda monitorlar yerləşdirilib. Amma filmlərin orada da yayım mexanizmini qurmaqda problem yaşayırıq. Kinoteatrlar gəlirli sahədir. On il bundan əvvəl kinoteatrlara az adam gəlirdi, amma bu gün tamaşaçıların sayı xeyli artıb".

Nərmin


Müəllif:

Oxşar xəbərlər