“Oğlan evi” filminin qala gecəsinə qatılan əməkdar artist Coşqun Rəhimov digər filmlərin təqdimatına qatılmamasının səbəbini açıqlayıb.
Aktyor Teleqraf.com-a bildirib ki, ekranlaşdırılan filmlərdə yenilik yoxdur:
“Hazırda çəkilən filmlərin ssenarilərini Müşfiq Abbasov 2004-cü ildə yazıb. Yəni ki, hadisələr, situasiyalar, obrazlar yenilənmir. Ona görə filmlərin qala gecələrinə qatılmırıq. Bəzi filmlərin isə ssenarisini bəyənmirəm. Canımız çıxsın, işimizi yaxşı görək”.
Rəqsanə