Niderlandın Pyurmerend şəhərində “Melkweg” (Qalaktika) adlanan qeyri-adi körpü salınıb.
“NEXT architects” memarlıq şirkəti tərəfindən layihələndirilən körpü şəhərin tarixi mərkəzini yeni rayonla birləşdirir. Onun əsas elementlərindən biri hətta uzaqdan belə görünən və su üzərindən 12 metr hündürlükdə yerləşən böyük bir dəmir tağdır.
Tağ həmçinin xarici turistləri cəlb edən baxış meydançası rolunu da oynayır. Burada körpünü velosipedlə keçmək üçün də xüsusi yol düzəldilib.