Teatr və kino xadimləri “Günəşli” platformasında baş verən yanğın və fırtınada həlak olanların ailələrinə Teleqraf.com vasitəsilə başsağlığı veriblər.
Səslənən fikirləri təqdim edirik:
Afaq Bəşirqızı: “Xalqımıza böyük bir fəlakət üz verib. Həmişə deyirlər ki, dəniz etibarsızdır, dənizə bel bağlama. Çox ağır dərddir. Allah bizə səbir versin, səbrimizi əlimizdən almasın. Məni bu faciə çox yandırdı, çox pisəm. İnşallah, itkin düşənlərin meyiti tezliklə tapılar”.
Bəsti Cəfərova: “Faciədə övladlarını, yaxınlarını itirənlərə başsağlığı verirəm. Bu faciə yalnız onların dərdi deyil, xalqımızın başına gələn ən ağır müsibətdir. Öz ailə üzvümü itirmiş kimiyəm. İnsan ailəsinə çörəkpulu qazanmaq üçün dənizin ortasına gedə, orda da başına bu iş gələ. Dəhşətdir…
Hələ tapılmayan cəsədlər var. Dünyasını dəyişənlərin ailələrinə başsağlığı verirəm. Axır qəmləri olsun. Mən də hamı kimi matəm içindəyəm. Millətimizin başı sağ olsun”.
Hacı İsmayılov: “Dənizdə həlak olanların ailələrinə başsağlığı verirəm. Bizim üçün böyük kədərdir. Hadisədə həlak olanların həyəcanları, keçirdikləri hisslər adamın gözünün qabağına gəlir. Çox böyük ağrıdır. Qəhər məni boğur.
Dənizdə işləmək nə qədər şərəflidirsə, bir o qədər də çətindir, təhlükəlidir. Allah bütün zəhmətlə çörək qazanan insanları qorusun. Söhbət bir-iki nəfərdən yox, 30-a yaxın insanın taleyindən gedir. Neft də, qaz da olacaq, amma o insanları geri qaytarmaq olmayacaq. Bir daha xalqımıza başsağlığı verirəm. Dənizçilərimizin sücaəti ilə həmişə fəxr etmişik. Onlar əməkləri ilə qəhrəmanlıq mərtəbəsinə ucalmış insanlardır”.
Rafael Dadaşov: “Hamımız üçün böyük dərddir. Azərbaycan xalqı üçün böyük itki və böyük faciədir. Yaxınlarını itirən ailələrin başı sağ olsun. Xalqımıza səbir arzu edirəm”.
Rafiq Hüseynov: “Kədər içindəyəm. Bu qədər insanın həlak olması böyük faciədir. Bu hadisəyə görə dövlət komissiyası yaranıb, hər şeyi bizə bildirəcəklər”.
Rəqsanə