16 Dekabr 2015 17:26
924
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Gələn həftədən etibarən vergi borcu olan şou-biznes nümayəndələrinin adları açıqlanacaq. Həmin siyahı mərhələ-mərhələ təqdim olunacaq”.

Bu sözləri Vergilər Nazirliyinin iqtisadi təhlil və proqnozlaşdırma idarəsinin rəisi Fərid Cəbrayıl deyib. O, qanun qarşısında hər kəsin bərabər olduğunu vurğulayıb.

Teleqraf.com tanınmışlara vergi borcları ilə bağlı sual ünvanlayıb: “Vergilər Nazirliyinin siyahısında adınız ola bilərmi?”

Nəticələri təqdim edirik:

Röya Ayxan: “Hazırda vergi borcumuz yoxdur. Hər zaman vergini vaxtında ödəməyə çalışırıq”.

Xatirə İslam: “Heç bir problem yoxdur. Çünki hər zaman vergimi ödəmişəm”.

Günay ibrahimli: “Vergidən heç vaxt yayınmıram. Hər zaman vaxtında vergimi ödəyirəm. Sadəcə, yeni vergi sistemində hansı şərtlərlə ödəniləcəyini bilmək istəyirəm. Bir şeyi də nəzərə almaq lazımdır ki, müğənnilər yaxınlarının, dostlarının toyunda pulsuz da iştirak edirlər”.

Aşıq Samirə: “Düzdür, hər zaman vergimi ödəmişəm, inşallah, adım siyahıda olmaz. Bütün vergi sənədlərim qaydasındadır. Bundan sonra da ödəməyə hazırıq. Nə yaxşı ki, vergimi vaxtında ödəmişəm. Anam mühasibatçı olduğu üçün o işləri yoluna qoyur”.

Almaz Ələsgərli: “Kimliyindən asılı olmayaraq hər kəs vergini vaxtında ödəməlidir. Mən də həmçinin...”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər