18 Dekabr 2015 13:39
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrda yenidən fəaliyyətə başlayan Yaradıcılıq Studiyasının açılışı olub.

Açılış mərasimində “Uğur və eşq” adlı konsert-tamaşa təqdim olunub. Bir sıra mötəbər qonaqların iştirak etdiyi mərasimdə çıxış edən teatrının direktoru Əliqismət Lalayev studiyanın yaradılmasının məqsəd və məramından söz açıb: “Milli teatr mədəniyyətimizin inkişafının təmin edilməsi, gənclərdə musiqili teatra marağın daha da gücləndirilməsi, müasir və milli səhnə sənətimizin hərtərəfli inkişafının istiqamətləndirilməsi qarşımızda duran ən vacib məsələlərdəndir. Biz Yaradıcılıq Studiyasını məhz bu məqsədlə yaratmışıq və inanırıq ki, bu studiya istedadlı gənclərimizin öz yaradıcı potensiallarını nümayiş etdirmək üçün bir meydan olacaq”.

“Şöhrət” ordenli Xalq artistləri Afaq Bəşirqızı, İlham Namiq Kamal da bu addımın nəinki Musiqili Teatra, ümumilikdə Azərbaycan teatr sənətinin inkişafına böyük töhfələr verə biləcəyinə inandıqlarını bildiriblər. Sonra Gültac və Hüseyn Əlililərin iştirakı ilə səhnələşdirilmiş konsert-tamaşa nümayiş olunub.

Qeyd edək ki, Yaradıcılıq Studiyasının rəhbəri Əməkdar İncəsənət xadimi, Prezident mükafatçısı, rejissor Əsgər Əsgərovdur. Studiyada Musiqili Teatrın gənc əməkdaşları ilə yanaşı, keçirilimiş müsabiqə nəticəsində müraciət etmiş ölkənin bir sıra teatrlarının gənc aktyor və rejissorları, Mədəniyyət və İncəsənət Universitetinin tələbələri və aktyor olmaq arzusunda olan gənclər təmsil olunurlar.

Nərmin


Müəllif:

Oxşar xəbərlər