21 Dekabr 2015 01:55
700
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ATV"də yayımlanan "Onlar" verilişinin çəkiliş heyəti xalq artisti Ramiz Əzizbəylinin evində qonaq olub.

Musavat.com xəbər verir ki, beynin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artisti səhhətindən söhbət açıb: "Həmkarlarıma minnətdaram. Mənə baş çəkən çoxdu, yoruluram. Xəstəyəm, məni çox danışdırmayın, dilim topuq vurur".

Sənətindən bəhs edən xalq artisti daha sonra əlavə edib: "Heç vaxt rolun böyük-kiçikliyinə baxmamışam. Hansı rolu versələr, oynamışam. Axırıncı sözüm budur ki, mənim silahım səmimiyyətimdir. Mənim qatarım gedib. Sağlıq olsun. Sağalsam, film çəkəcəyəm".

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. O, daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.


Müəllif:

Oxşar xəbərlər