23 Dekabr 2015 12:14
1 013
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dekabrın 10-da müayinə üçün İstanbula yollandım. Çünki səhhətim yenidən pisləşməyə doğru gedirdi. Türkiyənin ən təcrübəli qaraciyər və daxili xəstəlikləri üzrə professoru Kadir Demirin qəbulunda oldum, müayinələrdən keçdim”.

Bunu Modern.az saytına səhhəti ilə bağlı Türkiyədə müalicə olunan və bu günlərdə Bakıya qayıdan yazıçı Kənan Hacı bildirib. Onun sözlərinə görə, Türkiyədən Almaniyaya göndərilən bəzi analizlərə cavab gözləyirlər: “32 növ analiz götürüldü. Almaniyaya göndərilən analizlərə bu ayın sonunda cavabları gələcək.

Doktor dedi ki, qara ciyərin 4 barmaq böyüyüb, ciyərdə piylənmə var. Virus sümüyü yeyir, buna qarşı dərmanlar yazdı. Hepatit B virusuna yoluxma təhlükəsini aradan qaldırmaq üçün vaksinlər vurulmalıdır. Çünki B virusu da olsa, artıq müalicənin heç bir nəticəsi olmayacaq.

Mənə dedilər ki, proses serroza doğru gedir. Əgər zamanında müalicəyə başlamasam, ciddi fəsadlar ola bilər. İndi Almaniyadan gələn cavabları gözləyirik”.


Müəllif:

Oxşar xəbərlər