28 Dekabr 2015 11:58
1 595
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Sərvər Şirinin tərcüməsində Katerina Krilenkonun “Seksin tarixi – Qədim Hindistan” məqaləsinin ardını təqdim edir:

Qədim hind yazılarında cəmiyyət 4 əsas təbəqədən ibarətdir:

1.Brahmanlar (ruhanilər);
2.Kşatrilər (döyüşçülər),
3.Vayşilər (tacirlər, əkinçilər, maldarlar)
4.Şudralar (nökərlər).

Bütün siniflərin məhəbbət kahinləri var idi. Fahişəlik edən bir qadın öz təbəəsindən aşağı olan müştəriyə xidmət göstərmirdisə, statusunu saxlamış sayılırdı. Ali təbəqədən olan qızların bədənini satmasına qadağa qoyulmuşdu. Bunun cəzası ölüm idi.

Qanikaların öz ierarxiyası var idi. Maxaradjiyə xidmət edənlər ali məhəbbət kahinləri sayılırdı. Onun həyat yoldaşı və qızlarının tabeliyində olan qadınların statusu bir qədər aşağı idi. Kral qulluqçularının və yüksək sosial statusa malik olmayan qonaqların könlünü oxşayan qızlar saray kurtizankalarının ən aşağı pilləsində qərarlaşmışdı. Kral qanikalarından birini rəsmi olaraq baş kurtizanka təyin edirdilər, o isə daha aşağı rütbəli qızların statusunu müəyyənləşdirir və onlar arasında baş verən mübahisələri həll edirdi.

Kral sarayından kənarda çalışan məhəbbət kahinləri, şəhər kənarında, əsgər barakları yaxınlığında yaşamaq məcburiyyətində idilər. Qədim Misir, Yunanıstan və Mesopotamiyada da olduğu kimi, ən kasıb fahişələr qullar arasından idi. Onları kumbadasi adlandırırdılar.

Müştərilərin qəddarlığına, zorakılığına məruz qalan fahişələr e.ə VI əsrdən hüquqlarını tələb eləməyə başladılar. Onlar vergi ödəmək qarşılığında hakimiyyətin himayəsinə qəbul olundular. Elitar qanikalar və küçə fahişələri qanun qarşısında bərabər idilər və hər ay öz iki günlük gəlirini dövlətə ödəyirdi.

Qeyri-ənənəvi seksual oriyentasiyalar

İnsanın fərdi və ictimai həyatda davranışını tənzimləyən, qədim hind toplumunda və Manu Qanunlarında homoseksual münasibətlərə barədə də yazılıb. Bircinsli əlaqələrə görə cəzalar mövcud idi. Əgər yetkin qadın gənc bakirə qızı yoldan çıxarırdısa, dərhal onun saçını qırxır, iki barmağını kəsib eşşəyin belində bütün qəsəbə boyu gəzdirirdilər. İki bakirə qız sekslə məşğul olarkən tutulardısa, onlar pul cəriməsi və dəyənəklə “mükafatlanırdılar”.

Seks və incəsənət

Bütün dünyada məşhur olan “Kamasutra” seks barədə 1500 il əvvəl yazılmış ən qədim və ən məşhur kitabdır. Əsərin müəllifi hindistanlı həkim və filosof Vatsyana Mallanaqadır. O, əsrlər boyu toplanmış qədim hind erotik bilik və anlayışlarını ümumiləşdirib və bir kitabda toplayıb. “Kamasutra” seksual yaxınlaşmanı, ər-arvad münasibətlərini, cinsi istəyi oyadan vasitələri və bir çox başqa mövzunu nəzərdən keçirir.

Memarlıq - Erotik məbədlər

Dünyada ən məşhur aşiqanə heykəltəraşlıq kompozisiyaları Hindistan məbədlərində olan indus heykəltəraşlıq nümunələri hesab edilir. Onlardan ən məşhuru Kadjuxaro məbədlərini hesab etmək olar. Bu məbədi məhəbbət ensiklopediyası adlandırırlar.

Bu gün həmin məbədlərin inşası barədə demək olar ki, heç bir qeyd qalmayıb. Yalnız o məlumdur ki, məbədlərin inşası bizim eranın 950-1050-ci illərinə təsadüf edir.

Tərcümə: Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər