28 Dekabr 2015 12:42
1 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Röya Ayxan Türkiyənin “Hürriyət” qəzetinə müsahibə verib. Teleqraf.com həmin müsahibəni təqdim edir:

- Son bir neçə aydır “Kesin bilgi”ni eşidirik. Mahnının sözləri Gülşənə aiddir. Onunla necə bir araya gəldiniz?

- Gülşəni televizorda izləyərkən “Mənim qadınım” deyirdim. Baxdıqca necə cana yaxın olduğunu başa düşdüm. İki il əvvəl Azərbaycana dəvət etdik, gəlib konsert verdi. Onunla tanışlığımız belə başladı. Qadınların söz yazmasını, mahnı bəstələməsini çox sevirəm.

- “Kesin bilgi”də əsəbi, şəhvətli, aqressiv bir qadın görürük. Həyatda da elə birisiniz?

- İlk əvvəl mənə başqa mahnı vermişdi. Onu mən ailəli olan zaman yazmışdı. Sonra məni yaxından tanıdıqdan sonra “Sənə başqa mahnı yazacam” dedi. Bu mahnını mənə verdiyi zaman boşanmışdım. Həmin an yaşadığım ruh halıma uyğun idi.

- “Kesin bilgi”nin klipində avtomobili dağıdırsınız. Realda da belə sərt birisiniz?

- Həyatda elə biri deyiləm. Maşını əzmək vəhşilik idi. Mən divarlara "Səni sevirəm” yazacaq qədər sevərəm. Qırmaram, parçalamaram, dağıtmaram. Vəhşi bir xarakterim var, amma eşqə zərər vermərəm.

- O zaman sizə “duyğularını dərin yaşayan biri” deyə bilərik?

- Bəli. Çox sevər, çox əsəbiləşərəm. Orta yoxdur məndə. İnsanlara qarşı sevgim var. Pərt olmaq hissim var, heç kimi incitmərəm.

- 6 ədəd yeni mahnınız olduğunu eşitdik. Sürpriz adlar var?

- Var, amma açıqlaya bilmərəm. Bol-bol bomba var. Bəlkə də biri ilə duet oxuyacağıq. Çox sevdiyim, hörmət etdiyim biridir.

- Azərbaycan-Türkiyə arasında gedib gəlirsiniz, bir də balaca oğlunuz var. İş çoxdur, necə yorulmursunuz?

- Çox sevdiyimdən. Çalışan bir qadınam. Enerjim tükənmir, əksinə bəslənir. Oğlumu da bura gətirtdim, buraları çox sevdi. Bu, bir az çətin oldu, amma oğlan uşağıdır. 10 il sonra o məni itirib-axtarmayacaq, mən onun üçün darıxacam. Məni başa düşür. Arxamca heç ağlamadı. “Konsertə” deyəndə xoşbəxt olur.

- İllər əvvəl aktrisalıq etmisiniz. Türkiyədən də təklif aldınız?

- İllər əvvəl bir filmdə rol aldım. Sevgilisindən ayrılıb İstanbula qaçan bir qadını canlandırdım. İstanbul taleyimdə var... O mənim ilk və son filmim idi. Bir də çəkilmərəm. Çox çətindir, “Necə olursan ol, ağlamalısan, necə olursan ol, gülməlisən” deyirlər. Olmadığım biri kimi davranmaq mənə görə deyil. Kliplərdə 16 saat da ağladığım an olur.

- O zaman artıq Azərbaycana getməyəcək, Türkiyədə musiqi ilə olacaq bir Röya var deyə bilərik?

- Deyin, bəli... Məni sevin ki, hər zaman burada qalım. Bura çox gözəldir, insanları...

- Heyranı olduğunuz və ya "idealım" dediyiniz biri var?

- Bundan 10 il əvvəl soruşsaydınız cavab verərdim. Amma indi deyə bilmərəm. Çünki artıq özüm formalaşmışam. Məsələn, Gülşəni çox sevirəm. “Onu keçə bilərəm” demərəm. 10 insan adı deyə bilərəm və İnşallah gün gələr o 10 adın içində olaram.

- Kiminlə duet oxumaq istəyərsən?

- Mabel Matizi çox bəyənirəm. Səsinə heyranam. Səsi mənə çox isti gəlir. Tərzimiz uyğun deyil, amma ona qulaq asanda rahatlayıram. Sənətçi bağırmamalıdır, ruhu sakitləşdirməlidir. Mabelinki də elədir./Axşam.az/


Müəllif:

Oxşar xəbərlər