28 Dekabr 2015 13:30
840

Yeni İlə üç gün qalır. Maraqlıdır, görəsən, şou-biznes münayəndələri bayramı harada keçirəcək? Teleqraf.com bu sualla sənətçilərimizə üz tutub. Nəticələri təqdim edirik:

Röya Ayxan: “Yeni İli Qubada – "Riksos" otelin səhnəsində qeyd edəcəm".

Manana Caparidze: "Həmişə Yeni İli səhnədə qarşılayıram. Bu artıq ənənəyə çevrilib. Bayramı necə qarşılayırsansa, il elə də davam edir".

Faiq Ağayev: "Yeni İli Bakıda – iş başında keçirəcəm".

Abbas Bağırov: "Evdə olacam – ailə üzvlərimlə bir yerdə".

Zamiq Hüseynov: "Hər il olduğu kimi bu il də iş başında qarşılayacam".

Günay İbrahimli: "Bu il Yeni İli evdə, ailəmlə, dostlarımla keçirəcəm".

Elçin Cəfərov: "Ailəmlə keçirəcəm. Baxmayaraq ki, hər il tədbirlərdə qeyd edirdim. Ümumiyyətlə, bayramı ailəmlə keçirməyə daha çox üstünlük verirəm".

Emin Bədəlov: "Vaxtımı elə tənzimləmişəm ki, həm iş başında, həm də ailəmlə olacam".

Şəhriyar Əbilov: "Həmin gün saat ikiyə qədər iş başında olacam. Ondan sonra dostlarımla görüşüb bayramı qeyd edəcəyik. Bayram ildə bir gün olduğu üçün maraqlı keçirmək istəyirəm".

Kəmalə Piriyeva: "Yeni İli 2007-ci ildən bu ilə qədər tədbirlərdə keçirmişəm. Amma bu il ailəmlə, dostlarımla keçirmək və regionlarımıza getmək istəyirəm. Rəşid Behbudov adına Mahnı Teatrında tamaşada oynadığıma görə xarici ölkəyə gedə bilmirəm".

Oksana Rəsulova: “Dekabrın 29-da İlhamə Qasımova və başqa dostlarımızla Dubaya gedirik. Mən oradan Hindistana, İlhamə isə Azərbaycana qayıdacaq”.

Rəqsanə


Müəllif: