3 Yanvar 2016 12:19
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Retro üslubunda paylaşdığı şəkillərə irad bildirilməsi müğənni Lalə Məmmədovanı özündən çıxardıb. Əməkdar artist sosial şəbəkədə ona irad tutanlara sərt ismarıc göndərib:

"Dünəndən sosial şəbəkədə paylaşdığım şəkillərin altından yazılan şərhləri oxudum. Bəziləriniz ürəkdən təəssüf hissi ilə, bəziləriniz sanki çoxdandı ürəyində qalan antipatiyasını izah etmək üçün bir məqam axtarırmış kimi, bəziləriniz isə etik normaları aşaraq fikirlər yazmısınız. Hamınızın fikrinə hörmətlə yanaşıram. Amma bir məqama diqqət yetirməlisiniz: mən həm müğənni, həm də aktrisayam. Bu şəkillər retro stilindədir, yəni 19-cu əsrin sonları, 20-ci əsrin əvvəllərini əks etdirir. Şəkillər iş prosesi zamanı çəkilib. Bu alışdığınız Lalə deyil, obrazdır. Bir az diqqətli və anlayışlı olun. Hamınız mənim üçün dəyərlisiniz".


Müəllif: