5 Yanvar 2016 13:51
4 467
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com Firudin Cəlilovun erməni xalqının tarixi ilə bağlı yazdığı esseni təqdim edir:

Hər bir xalqın öz soyadı olur və öz toplumu içində bu adla tanınır, bu cür özünü adlandırmaya endoetnonim deyilir. Bəzən bu və ya digər xalqa qonşuları da ad qoyur və bu cür kənardan adlandırma ekoetnonim adlanır. Adətən, kənar ad xalqın xasiyətinə, həyat tərzinə, yaşadığı əra¬zinin adına və hətta geyiminə görə verilir ki, bu da müəyyən tarixi-siyasi şəraitdən asılı olaraq, zaman-zaman dəyişə bilir. Lakin xalqın öz içindəki milli soyadı min illərlə yaşayır, çox nadir hallarda unudulur. Etnonimika elminin bu qanunları erməni adına da aiddir.

Əsl soy adları olan hay etnonimi bugünkü ermənilərin öz içində yaşadığı halda, gürcülər onlara somexi, kürdlər filə, biz də başqaları kimi erməni deyirik. Ancaq erməni etnonimi ilk dönəmlərdə bugünkü haylara de¬yil, tamamilə başqa dilə və mədəniyətə mənsub subar türklərinin er¬men adlı boylarına aid olmuşdur. Haylar isə Ərməniyə ölkəsinə gələndən xeyli sonra, xüsusilə xristanlığı qəbul edəndən sonra ətraf bölgələrə yayıldıqca bu yeni ekoetnonimlə adlanmışlar, çünki bəzi qonşu xalqlar, təbii olaraq onları artıq Ərməniyə əhalisi (erməni) kimi tanımışlar. Haylar da həmin ərmən boylarının adını mənimsədikləri kimi, əlifba düzəldib özlərinə tarix yazanda artıq onların qədim tarixini də özlərinə çıxmışlar. Ona görə də, erməni adının mənşəyindən danışarkən vacib şərtlərdən biri sonrakı psevdo–ermənilər (haylar) ilə əsl qədim ermənlərin fərqlən¬dirilməsidir.

Bu adın mənşəyindən danışmaq üçün onun hansı tarixi çağlarda, hansı coğrafi məkanda və həm də hansı xalqın dilində və adında işlən¬diyini araşdırmaq lazım gəlir. Əgər bu adın işlənmə tarixinə baxsaq, onun çox qədimdən mövcud odduğunu görərik: işlənmə arealına baxsaq, onun izinə Altaydan Dunay çayına qədər, Orta Asiyadan Anadoluya qədər müxtəlif coğrafi ərazilərdə, xüsusilə qədim Azərbaycanda rast gələrik. Tarixin müxtəlif çağlarında Mitanni dövlətinin, samidilli aramey tayfala¬rının, qafqazdilli hurri-urartu xalqlarının, doğu-german (ostqot) boyunun və türkdilli subar, bulqar, mitan boylarının birbaşa və ya dolayısı ilə bu adla olan əlaqələrinə aid məlumatları da bura əlavə etsək və həm də vaxtilə (sonralar) Balkan yarımadasından Ərməniyə ölkəsinə gələn hay tayfalarının da burada «erməniləşdiyini» nəzərə alsaq, onda zaman və məkan ölçüləri çox böyük olan erməni adının mənşəyini aça bilən dil və tarixi faktları toparlayıb, ümumi nəticə çıxarmağın o qədər də asan olmadığını görərik.

Öncə, erməni adı ilə ilişgisi olan adlar kimi elmi ədəbiyatda verilən Arman, Arme toponimləri və arameyetnonimi üzərində dayanaq, çünki əksər alimlər «erməni» adının mənşəyindən danışarkən həmin sözlərə istinad edirlər (38; 43; 44; 47; 48 və s.). Arman və Armi yeradları m.ö. III minillikdən üzübəri işlənməkdədir. Arman toponiminə akkad çarı Naram-Suen (2236-2200) və onun babası Ulu Sarqona aid yazıda rast gəlmək olur:

1) SAG.GİŞ.RA Ar-ma-nimki u Eb-laki
2) Ar-ma-namki u Eb-laki (35, 285).

Buradakı «Arman və Ebla» ölkələrindən birinin (Ebla) harada yerləşməsi məlum olsa da, digəri barədə konkret bəlgə yoxdur, ona görə də, yeni tapılan yazılarda adı keçən Arme toponimini həmin Arman ilə eyniləşdirən tədqiqatçılar vardır.Məncə, bunlar eyni regionda yerləşsələr də, ayrı-ayrı yer adlarıdır. Belə ki, 25 il öncə İtaliya arxeoloqları quzey-batı Suriyada Hələbdən güneydə qədim Ebla şəhər-dövlətinin arxivlərini tapdılar və şumer-akkad yazı sistemi ilə indiyəcən məlum olmayan bir sami dialektində yazılmış bu gil lövhələrdə (tabletlərdə) çoxlu yer adları üzə çıxdı ki, bunların da xeyli hissəsi o dövr üçün məlum şumer, elam, sami, hurri və hindavropa dillərindən heç birinə aid deyil (35, 336). Bu toponimlərdən biri də bəzi mətnlərdə təkrar olunan Arme adıdır:

1) dra-sa-ap ar-mi ki (35, 284) – «Arme şəhərinin tanrısı Rasap»
2) 3 Ar-miki al-KU Gi-za-anki – «Qizanda olan 3 Armi’li»
3) Eb-laki wa Ar-miki (35, 285) – «Ebla və Armi»
4) 4 GİŞşilig 1 ninda ku-li – «Armi bəyinin dostları üçün

en-en Ar-miki (35,223) 4 GİŞşilig 1 aş (çörək ?)»
Buradakı «Ebla və Arme» ifadəsi ilə akkad yazısındakı «Arman və Ebla» deyimi arasında yaxınlıq görüb,Arman toponimini Armi ilə ey¬niləşdirən tədqiqatçılar olduğu kimi, 5 min il yaşı olan bu Arme bölgəsinin hayların ulu yurdu olduğunu iddia edən hay-erməni alimləri də vardır. İ.M.Dyakonov bu münasibətlə yazır:
«V nekotorıx okolonauçnıx kruqax isklöçitelğnıy interes vızvalo nazvanie sosedneqo s Gbloy siriyskoqo qoroda Armanum, a takje neredko vstreçaöheqosə v tekstax toponima ili etnonima ar-miki, i voznikla nadejda – nelğzə li videtğ zdesğ predkov armən?

…Mif ob armənax, upominaemıx v gblaitskix tekstax, obreçen rastaətğ tak je, kak mif o bibleyskix qorodax» (38, 336).
Həmin müəllif fikrini davam etdirərək deyir ki, «erməni» adı hay¬ların öz içində heç vaxt işlənməmişdir, bu adı onlara başqa xalqlar ver¬mişlər və həm də göstərir ki, Armanum yeradı armi, arami etnonimləri ilə bağlı olub, «köçəri» (nomad) anlamı bildirən aramey boyunun adından yaranmışdır (38, 336-337).
Müəllifin hay–armi məsələsi ilə bağlı fikirləri doğrudur, lakin Arman və Armi adlarının ikisini də arameylərə bağlaması o qədər də inan¬dırıcı deyil, çünki çoxlu sait səsi olan türk dillərindəki sərbəst dəyişmədən fərqli olaraq, sami dillərində saitlər azdır və onların əvəzlənməsi qramatik yük daşıyır, burada sözlərin sonluğundakı fərqlər də şübhə doğurur. Bunu həmin adlar arasında paralellik axtaran Paul Garelli də «Ebla arxivindəki toponimlər haqqında qeydlər» adlı məqaləsində etiraf etmişdir (35, 285). Bundan başqa, Arman toponimi türk xalqlarının onomastikasında və proto-azər boyları olan bölgələrdə geniş yayılmışdır:

Arman (Başqord türklərində müasir toponim)
Arman (Aşqabad yaxınlığında qədim türkmən qalası)
Arman (Kərkükdən aşağı Dəclə yaxasında dağadı, m.ö. XV-XII əsr)
Arman (Kassi dövrü Diala yuxarısında şəhər; Alman kimi də oxunur)
Armuna (Urmu quzeyində zəngi boyunun kəndi, m.ö.VIII əsr)
Armanqu (Qızıl-üzənin yuxarı axarında toponim, m.ö. VIII əsr)
Armait (Manada Ziviyə yaxınlığında qala, m.ö. VIII əsr)

Bu siyahını uzatmaq da olar, lakin elə bunlar da kifayətdir ki, türk xalqlarının dilində Arman toponiminin müxtəlif bölgələrə daşındığını görə bilək. O ki qaldı Arme adına, onu da yalnız arameylərlə bağlamaq düzgün deyil, çünki arameylər həm bu adın işləndiyi tarixdən min il sonra həmin ərazilərə gəlmişdir, həm də Arme toponimi subar-hurri boylarının məs¬kun¬laşdığı bölgənin adı kimi işlənmişdir. Yuxarıda Ebla yazılarında bax-dığımız Arme toponimi də daha çox şəhər və ölkə adı kimi verilmişdir. Hə¬min mətnlərdə «4 kişilik xörək (aş)» kimi ifadələr bir yana qalsın, «Armi’li Dumur» və «Uti bəyi Tamur–lim» ifadələrindəkidəmir sözü, «Ari-mu’nun yaşadığı Abarsila ölkəsi» (35, 251, 310) deyimindəki (a)barsil etnotoponimi (?) çətin ki, sami dilləri ilə izah oluna bilsin.

Subarların yaşadığı Arme ölkəsinə (bölgəsinə) keçməzdən əvvəl, həmin toponimin indiki Suriyanın quzeyində deyil, ondan xeyli yuxarıda Dəclənin yuxarı qollarından Zebene-su çayının yaxalarında yerləşdiyini qeyd edək və Mitanni dövlətinin mərkəzi bölgələrindən olduğunu nəzərə alıb, mitan boyları haqqındakı tarixi bəlgələri nəzərdən keçirək, çünki haqqında danışdığımız «erməni» adı ilk dəfə arminişəkilində m.ö. VI əsrdə həmin bölgədə ortaya çıxmışdır və həmin etnonimin hələlik elmə məlum olan ən qədim tarixini əks etdirir. Tarixdən bu da bəllidir ki, Dəclənin yuxarı axarlarında urartulardan əvvəl görünən çoxsaylı hurri boyları armini adı ortaya çıxana qədər buradakı subarlarla ən azı min il iç-içə yaşamışlar. Təbii ki, bu durum müəyyən çağlarda müxtəlif dilli tayfaların konfederasiyası üçün təbii şərait yaratmışdır və görünür, hurrilər əsasən subar boylarından olan mitan tayfaları ilə qaynayıb-qarışmışlar, çünki hurrilərin qurduğu dövlət daha çox Mitani adı ilə tanınırdı. Mitani çarı Tuşratta misir fironu III Amenxotepə (1455-1424) yazdığı geniş mətnli məktubunda ölkəsinin adını hurricə Xurroxe, məktubun akkadca olan hissəsində isə Mitani adlandırmışdır (44, 95). Bizi maraqlandıran Arme bölgəsinin Mitani ölkəsinin ortasında olması və mitan boylarının yaşadığı torpaqlarda, getdiyi ərazilərdə daima Arman,Ermən toponim¬lə¬ri¬nin, erməni etnoniminin ortaya çıxması faktlarını nəzərə alıb, mitan boy¬ları haqqındakı bəlli bəlgələri gözdən keçirək.

Habur və Balıx çaylarının (Balıx hidronimi də qədim türkcədir) yuxarı yaxalarında batı hurri boylarının qurduğu dövlətin (XVI-XIII əsr¬lər) mərkəzi şəhəri Vaşşukanni idi və bütöv ölkə samicə Xaniqalbat, misir yazısında isə Naxarain – «İkiçay ölkəsi» adlanırdı (44,93). Lakin hurrilərin doğu boylarından bəzi tayfalar Dəclənin orta axarına, onun sol yaxalarında indiki Kərkük bölgəsinə də gəlib çıxmışdı. Ona görə də, hurri izləri batıda Fələstinə qədər gedib çıxırsa, doğuda da Güney Azərbaycanın güney-batı sınırlarına qədər özünü göstərir. Əlbəttə, Qafqaz ətəklərindən Ön Asiyaya gəlmiş hurrilər belə geniş, özü də bir-birindən aralı bölgələrdə nüfuz sahi¬bi olmaq üçün asur təzyiqi altında olan yerli subar boylarının köməyinə ar¬xa¬¬lanır, onların qüvvəsindən istifadə edirdilər. Yəqin bu səbəbdəndir ki, mənbələrdə hurri şəxs adları sırasında xatırlanan və elmi ədəbiyatda hurri adı kimi təqdim olunan Arijen (Arjan adı altay türklərində geniş işlənir) adından tutmuş, Daşuk, Kaltuk, Siluk, Dada, İkita, Umbin-Api, Puta kimi adlar subar-mitan antroponimiyası ilə bağlıdır.
Hurri-Mitan dövləti dağılandan sonra mitan boyları müxtəlif böl¬gələrdə ayrı-ayrı dərəbəyliklər şəklində yaşayan digər subar boyları kimi za¬man-zaman bu və ya digər dövlətin nüfuz dairəsinə düşdülər və bir qismi İç Anadoluya, bir qismi də Urmu gölü hövzəsi ilə Orta Asiya tərəf¬lə¬rə köçdü, çünki sonrakı tarixlərdə mitan boyadı həmin ərazilərdə xatır¬lanır. Kumuşdakı özbəklərin içində moytan soyunu qeyd edən XIX əsrin böyük qazax aydını Çokan Valixanov özbəklərin minq, diaxli, barkut, qa¬raqalpaq, kataqan boyları sırasında mitan boyunun da adını çəkir (45, 256). Xarəzm-Mitan əlaqələrindən bəhs edən L.S.Tolstova qaraqalpaq-müyten bo¬yunun ulu dədəsi Tamin bəyin Kaptaw (Qafqaz) tərəflərə səfəri ilə bağlı əfsanəni qeydə almış, Orta Asiyada və xüsusilə Buxara bölgəsində mi¬tan boyları ilə əlaqəsi olan xeyli etnotoponim olduğunu və Mada–Mitan kimi toponimlərin X-XIII əsr mənbələrində xatırlandığını göstərmiş və bu boyların irandilli olduğunu söyləyənlərə qarşı yazmışdır:

«Odnako rəd ukazannıx vışe dannıx, v çastnosti istoriçeskie le¬qendı zerefşanskix mitanov, qovorəhie o prebıvanii ix predkov bliz bereqov Urmii (İranskiy Azerbaydjan), nazıvavşeqosə v drev¬nosti Ma(n)tiane,daöt vozmojnostğ dopustitğ i inuö trak¬tovku» (51, 246-253).

(ardı sabah)


Müəllif: