9 Yanvar 2016 11:43
727
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən konservatoriyanı bitirdikdən sonra həyatımı toyxanaya həsr etmədim. Toyxanaya gedəcəkdimsə, mənə konservatoriya lazım deyildi. Heç vaxt efirdə deməmişəm ki, mən yaxşı oxuyuram. Bunlar bir yana, insanlar var ki, 32 yaşı var, amma deyir ki, sənətkaram. Sən sənətkar deyil, ifaçısan!”.


Teleqraf.com xəbər verir ki, bu sözləri “Star life” verilişində əməkdar artist Teymur Əmrah deyib. O, bu günə qədər evlənməməsinin də səbəbini açıqlayıb: “Mənim üçün insanda birinci namus, sonra insani keyfiyyətlər gəlir. Demirəm ki, ideal insanam. İstəyirsiniz ki, bir ildə 10 dəfə ailə qurub, ayrılım? Bunu istəmirəm. Təkəm, xoşbəxtəm. Bəzən evdə tək darıxıram. Düzdür, həyatda sevdiyim insan olub. Amma görmüşəm ki, o, sənətimin vurğunu olub və insani keyfiyyətlərimiz uyğun gəlməyib”.

Rəqsanə


Müəllif: