14 Yanvar 2016 17:07
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı vaxtı ilə saat 17:30-da ABŞ-ın Los-Anceles şəhərində Amerika və dünya kinematoqrafiyasının ən yüksək mükafatı olan "Oskar" nominantlarının adları açıqlanacaq.

Tədbirin ən gözlənilən məqamlarından biri mükafata namizədlər arasında Leonardo Di Kaprionun adının olub-olmayacağıdır. Bir neçə gün öncə "Sağ qalmış" filminə görə "Ən yaxşı aktyor" nominasiyasında "Qızıl qlobus" qazanan aktyorun "Oskar" uğrunda da yarışacağı gözlənilir. Mərasim YouTube videohostinqində onlayn yayımlanacaq.


Müəllif: