16 Yanvar 2016 12:51
745
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər bir insanın həyatında peşman olduğu anlar olur. Teleqraf.com məşhurlar arasında “Həyatda və sənətdə yaşadığınız ən böyük peşmanlığınız nədir” mövzusunda sorğu keçirib. Sorğunun nəticəsini təqdim edirik:

Firəngiz Mütəllimova: “Həyatımda “kaş ki”lərim çox olub. Kaş ki, atam-anam sağ olardılar. Onlar üçün bəzi şeyləri edərdim. Deməzdim ki, sonra edərəm. Bundan başqa şəxsi həyatımda da peşman olduğum anlar olub. Ailə həyatı qurmamışam ki, Azərbaycandan kənarda, Almaniyada yaşaya bilmərəm. Sonra bu qərarıma görə peşman olmuşam. Uşaq vaxtı atam bizi Cıdır düzünə aparanda bir dəfə gedirdim, üç dəfə getmirdim. Deyirəm ki, kaş ki çox gedərdim”.

Suğra Bağırzadə: “İxtisasca mühəndisəm. Əvvəllər düşünürdüm ki, kaş ki aktyorluq sənətini bitirərdim, çünki aktrisa olsaydım, filmlərə daha çox çəkilərdim. Amma indi fikirləşirəm ki, yaxşı ki, aktrisalıqdan başqa da işim olub. Düzdür, mühəndis işlədiyimə görə hər zaman filmə çəkilməyə imkanım olmayıb. Əvvəllər film çəkiləndə natura çəkilişlərinə görə üç ay rayonlara, başqa şəhərlərə gedirdik. Mənim də işim buna imkan vermirdi. Ona görə aktyorluq sənəti ilə çox məşğul ola bilmirdim. Amma indi yaşayacağım həyata baxanda başa düşmüşəm ki, Allah özü belə edib. Balallarım, nəvələrim, işim var. Serialda çəkilirəm, maraqlı obraz canlandırıram. Ona görə də Allahıma şükürlər olsun ki, dərd etməyə elə bir peşmançılğım yoxdur”.

Naibə Allahverdiyeva: “Həyatımda peşmançılığını çəkdiyim hadisələr çox olub. Hər şeyə görə sonra ayılıram. Həyatda mənə edilən pisliklərə peşmanam. Eləcə də şəxsi həyatımda və sənətimdə çox hadisələrə peşmanam. Amma bunları açıqlamaq istəmirəm”.


Rəqsanə


Müəllif: