20 Yanvar 2016 08:17
586
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 7-də Floridada "Bulgari" zərgərlik evinin dəstəyi ilə İkinci dünya müharibəsindən sonra İtaliyada yüksək modanın inkişafı barədə "Bellissima" sərgisi start götürəcək.

Sərgi çərçivəsində o zamanın italyan modasının simasını müəyyən edən 90-dan çox dizaynerin işi nümayiş olunacaq. Onların arasında Sorrele Fontana, Valentino Qaravani, Emilio Puççi və Rusiyadan mühacirət edən aristokrat İren Qolitsına var. İtaliya müharibədən sonra moda və incəsənətə xüsusi diqqət ayrılan azsaylı ölkələrdən biridir. Bədən formasını vurğulayan, bahalı parçalardan əl işi ilə tikilmiş eleqant geyimlər müharibədən sonrakı ölkənin tam təzadı olsa da, insanlara gözəl həyata ümid verirdi.

İtaliya modasının tarixinə həsr olunan sərgi keçiriləcək

Məşhur kutyuryelərin geyimləri "Qızıl Hollivud" dövrünün divalarından olan Ava Qardner, İnqrid Berqman, Lana Terner və Anna Manyaninin zövqüncə olub, onlar qırmızı xalılarda məhz bunlara üstünlük verirdilər. Bu dövrün İtaliya və Bulgari-nin beynəlxalq uğuru üçün böyük əhəmiyyəti var.

"Bellissima: Italy and High Fashion 1945-1968" sərgisi 7 fevral-5 iyun 2016-cı il tarixlərində Floridada NSU İncəsənət Muzeyində keçəcək.

İtaliya modasının tarixinə həsr olunan sərgi keçiriləcək

İtaliya modasının tarixinə həsr olunan sərgi keçiriləcək

İtaliya modasının tarixinə həsr olunan sərgi keçiriləcək

İtaliya modasının tarixinə həsr olunan sərgi keçiriləcək

Mənbə:http://www.buro247.az/culture/news/taliya-modas-n-n-tarixin-h-sr-olunan-s-rgi-ke-iril.html


Müəllif: