10 İyun 2014 14:57
1 389
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müşfiq XANdan yeni roman – “Qatil üçün nekroloq”

Detektiv yazar Müşfiq XAN orduda baş verən özbaşnalıqlar barədə detektiv roman yazıb.

Bu barədə Teleqraf.com-a müəllifin özü məlumat verib.

“”Qatil üçün nekroloq” romanımın ideyası orduda özbaşnalıq hallarının artıdığı bir vaxtda yaranıb. Təxminən bir il əvvəl bu ideya haqqında düşünməyə başladım. Bu günlərdə tamamladığım roman Azərbaycan ədəbiyyatında tərsinə detektiv alt janrında yazılmış ilk romandır. Hərbi xidmət zamanı zabit tərəfindən təhqir edilən əsgər, aldığı psixoloji sarsıntıdan sonra silsilə qətillər törədən qatilə çevrilir. Zəngin yaradıcı fantaziyası olan Oxtəkin adlı qatili ələ keçirmək ciddi problemə çevrilir. Bu zaman müstəqil xəfiyyə, istefada olan polkovnik, ailəsi ermənilər tərəfindən qətlə yetirilmiş Tomar Bəşirli cinayət hadisələrini araşdırmaq üçün fəaliyyətə keçir.

Ümumiyyətlə romanın detektiv həvəskarları üçün maraqlı sürpriz olacağını düşünürəm. Eyni zamanda detektivlə maraqlanmayan oxucuların da sevə biləcəyi romandır. Qatilin romantik ovqatı, şeirə, şairlərə isti münasibəti detektiv romanlar üçün yenilik sayıla bilər ”.

Müşfiq XAN onu da bildirib ki, hazırda roman redaktora təhvil verilib və bu ayın sonuna qədər çap olunması planlaşdırılır.

Qeyd edək ki, “Qatil üçün nekroloq” müəllifin sayca 7-ci bədii kitabıdır.


Müəllif: