15 Fevral 2016 21:54
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çikaqoda əfsanəvi niderlandlı rəssam Vinsent Van Qoqun Fransanın Arl şəhərində yaşadığı yataq otağının tam oxşarı olan otaq kirayə verilir.

"Van Qoqun yataq otağının" kirayə qiyməti sutkasına 10 dollar təşkil edir. Bu təklif populyar ev axtarış resursu Airbnb-də təqdim edilir. Rəssamın otağının replikası onun rəsmlərində təsvir etdiyi otaq üzrə hazırlanıb. Yataq otağının yaradılmasına 4 həftə sərf olunub. Rəssamın təsvir etdiyi otaqla müqayisədə onun oxşarının bir fərqi var - rəsmdə yataq bir nəfərlikdir, replika isə ikinəfərlik yatağa sahibdir. Otağın oxşarı Çikaqo incəsənət institutunun "Van Qoqun yataq otağı" adlı sərgisinin bir hissəsidir. "Bu, bir növ sərgini hiss etmə ab-havasını uzatmaq cəhdidir. Belə yataq otağı Van-Qoq hekayəsinin içərisində olmaq və onun həyat tərzini öz üzərində hiss etmək etmək imkanıdır", - deyə eksponatı Çikaqo İncəsənət institutunun nümayəndəsi Amanda Hiks bildirib.

Eləcə də, o qeyd edib ki, ekspozisiya mayın 10-na qədər davam edəcək. Onun sözlərinə görə, fevral üçün evin kirayəsi bir neçə saat ərzində artıq alınıb.


Müəllif: