16 Fevral 2016 22:56
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 15-də ABŞ-ın Los-Anceles şəhərində Amerika səsyazma akademiyasının təsis etdiyi musiqi üzrə “Qremmi” mükafatının təqdimaetmə mərasimi keçirilib.

Musiqi dünyasının "Oskar"ı sayılan "Qremmi" mükafatlandırma mərasimi bir çox maraqlı məqamlarla yadda qalıb. Bu il səhnədə əfsanəvi müğənni Devid Boui xatırlanıb. Müğənni Ledi Qaqa rok ulduzun obrazında çıxış edərək, onun mahnısını səsləndirib. Bundan başqa, tamaşaçılar "Hollywood Vampire" qrupunun tərkibində çıxış edən Caktyor Conni Deppin ifasını da dinləyiblər. Gecənin əsas ulduzu Teylof Svift olub. Onun ötən il buraxdığı "1989" albomu "İlin ən yaxşı albomu" nominasiyasında qalib gəlib. Qaliblərin tam siyahısı isə belədir:

İlin səsyazması: Uptown Funk - Mark Ronson və Bruno Mars
İlin albomu: 1989 - Teylor Svift
İlin mahnısı: Thinking Out Loud - Ed Şiran
Ən yaxşı yeni ifaçı: Meqan Treynor
Ən yaxşı R&B ifa: Earned It - The Weeknd
Ən yaxşı R&B mahnı: Really Love - Di Encelo və Vanguard
Ən yaxşı R&B albom: Black Messiah- Di Ancelo və Vanguard
Ən yaxşı blyuz albom: Born To Play Guitar - Vaddi Qay
Ən yaxşı rep albom: To Pimp a Butterfly - Kendrik Lamar
Ən yaxşı rep mahnı: Alright - Kendrik Lamar
Ən yaxşı rep ifa: Alright - Kendrik Lamar
Ən yaxşı musiqi videosu: Bad Blood - Teylor Svift və Kendrik Lamar
Film üçün yazılmış ən yaxşı mahnı: Glory - Con Lecend
Ən yaxşı musiqili film: "Emi"
Ən yaxşı vokal albom: 1989- Teylor Svift
Ən yaxşı pop duet: Mark Ronson və Bruno Mars - Uptown Funk

Qaliblərin tam siyahısı isə "Qremmi" mükafatının rəsmi saytında tanış ola bilərsiniz.

Ledi Qaqa

Ledi Qaqa

Selena Qomes

Selena Qomes

Teylor Svift

Teylor Svift

Meqan Treynor

Meqan Treynor

The Weeknd

The Weeknd

Teylor Svift

Teylor Svift

Krissi Teyqen və Con Lecend

Krissi Teyqen və Con Lecend

Alessandra Ambrosio

Alessandra Ambrosio

"Hollywood Vampire" qrupu və Conni Depp

Con Lecend və Layonel Riçi

Con Lecend və Layonel Riçi

Kendrik Lamar

Kendrik Lamar

Bruno Mars

Bruno Mars

Beyonse

Beyonse

Ledi Qaqa

Ledi Qaqa

Sofiya Verqara və Pitbull

Sofiya Verqara və Pitbull

Sem Smit

Mənbə:http://www.buro247.az/events/photo-reports/los-ancelesd-58-ci-qremmi-m-kafatland-rma-m-rasimi.html


Müəllif: