18 Fevral 2016 23:36
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

“World Press Photo” müsabiqəsinin münsiflər heyəti 2015-ci ilin qalibini elan edib. Mükafata qaçqınların Serbiya və Macarıstan sərhədində çəkdiyi fotoya görə avstraliyalı fotoqraf Uoren Riçardson layiq görülüb.

Avqustun 28-də gecə vaxtı çəkilən fotoda uşaqla birgə sərhədi keçməyə cəhd edən kişi əks olunub.

Fotoqraf beş günə yaxın qaçqınlarla qaldığını bildirib. Belə ki, 200 nəfərlik qrup polisdən gizlənərək Macarıstan ərazisinə keçmək üçün ölkələri ayıran hasar boyu dolaşib, saatlarla yol axtarıblar. Riçardson sərhədçilərin diqqətini cəlb etməmək üçün çəkiliş zamanı işıqdan istifadə etməyib. Onun sözlərinə görə, həmin vaxt yeganə işıq mənbəyi ay olub.


Müəllif:

Oxşar xəbərlər